Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qızılın qiyməti tarixi maksimumu yenilədi
sosial

Qızılın qiyməti tarixi maksimumu yenilədi

20-01-2026 20:00 17 Baxış
IMG

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 750 dolları ötərək, tarixi maksimumu yeniləyib.

 

Tvit.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

 

Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 18:30-da 3.51% artaraq, bir trua unsiyasına görə 4 756.6 dollar təşkil edib.

 

Bakı vaxtı ilə saat 20:05-də isə qızılın qiyməti 4 736.5 (+3,07%) dollara düşüb.