2025-ci ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 812,6 manat təşkil edib.
Bu barədə "Tvit.az" Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,2% çoxdur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,782 milyon nəfər olub, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.