Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Böyük Britaniya İrana qarşı yeni sanksiyalar üzərində işləyir
dünya

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar üzərində işləyir

14-01-2026 16:00 21 Baxış
IMG

Böyük Britaniya hökuməti İran hakimiyyətinin iğtişaşları yatırmasına görə yeni sanksiyalar üzərində işləyir. 

Tvit.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer məlumat verib.

“Biz müttəfiqlərlə birlikdə əlavə sanksiyalar üzərində işləyirik”, – o, Böyük Britaniya parlamentinin Aşağı Palatasında çıxış edərkən deyib.

Baş nazir əlavə edib ki, London İran hakimiyyətinin hərəkətlərini “qətiyyətlə pisləyir” və ölkədə olan britaniyalı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün “əlindən gələni edir”.

İranda iğtişaşlar dekabrın 29-da İran rialının kəskin ucuzlaşması səbəbindən küçə etirazları ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyətlər hüquq-mühafizə orqanlarının təxminən 40 əməkdaşının həlak olduğunu bildiriblər.

 

Aysel Şirinova