Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Gədəbəydə qəza olub, ölən və yaralanan var
sosial

Gədəbəydə qəza olub, ölən və yaralanan var

09-01-2026 22:00 40 Baxış
IMG

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.

 

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

 

Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.