Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Macarıstan Cənubi Amerika bloku “Mercosur"-u dəstəkləməyəcək
dünya

Macarıstan Cənubi Amerika bloku “Mercosur"-u dəstəkləməyəcək

08-01-2026 17:00 47 Baxış
IMG

“Macarıstan Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarının Cənubi Amerika bloku “Mercosur” arasında ticarət sazişini dəstəkləməyəcək, çünki bu, Avropa fermerlərinin maraqlarına ziyan vuracaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Péter Sijjártó bildirib. O, bunu Avropa İttifaqında 9 yanvarda iki böyük regional birliyin arasında razılaşmanın bağlanması məsələsi üzrə keçiriləcək səsvermə ilə əlaqələndirib.

“Sabah Macarıstan Aİ ilə Cənubi Amerika bloku “Mercosur” arasında sərbəst ticarət sazişi üzrə səs verəcək. Avropa Komissiyası bu sazişin qəbulunu və tətbiqini tələb edir. Bu saziş Avropanı Cənubi Amerikadan gələn kənd təsərrüfatı məhsullarının məhdudiyyətsiz idxalına açacaq və bunun ödənişi Macarıstan fermerlərinin hesabına olacaq. Biz bu qərara qarşı çıxırıq, çünki Brüssel növbəti dəfə fermerlərimizin maraqlarını nəzərə almayıb”, – xarici işlər naziri yazıb.

 

Aysel Şirinova