Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ərdoğan Türkiyənin F-35 proqramına qayıtmasının vacibliyindən danışdı
dünya

Ərdoğan Türkiyənin F-35 proqramına qayıtmasının vacibliyindən danışdı

05-01-2026 14:00 65 Baxış
IMG

Türkiyənin F-35 qırıcısı alması və ölkənin bu proqramda yenidən iştirak etməsi ABŞ-la və NATO-nun müdafiə sektoru ilə əlaqələrin yaxşılaşdırılması üçün zəruridir.

 Bu barədə Türkiyə Prezidenti Ərdoğan Bloomberg-ə yazılı açıqlamasında bildirib. Dövlət başçısı qeyd edib ki, bu məsələ ilə bağlı mövqeyini ötən ilin sentyabrında Trampla görüş zamanı açıqlayıb və Ankaranın proqramdan çıxarılmasını “ədalətsiz” adlandırıb.

Açıqlama Erdoğanın Trampla bu gün planlaşdırılan telefon söhbəti öncəsi səsləndirilib. 2019-cu ildə ABŞ, Türkiyəni F-35 qırıcısı istehsalı proqramından çıxarıb və 2017-ci ildə Ankaranın Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbilə bəzi türk müdafiə şirkətlərinə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq edib.