Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı
sosial

Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı

05-01-2026 13:00 48 Baxış
IMG

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən "Tvit.az"a verilən xəbərə görə, yanvarın 3-də və 4-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 26 avtomat silahı, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.