Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
sosial

Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub

30-12-2025 13:00 16 Baxış
IMG

2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

 

Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub.

 

Bundan başqa 2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazanan isə 16 587 nəfər olub.

 

Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.