Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb
sosial

Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb

28-12-2025 11:00 19 Baxış
IMG

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd "Platinium Seven" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.