Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadıldı
sosial

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadıldı

25-12-2025 20:00 20 Baxış
IMG

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən bununla bağlı verilən vəsatətə baxılıb.

 

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

 

Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

 

O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.