Moskva İrəvan və Bakı arasındakı dialoqda müsbət dinamika görür.
Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Rusiya nəqliyyat əlaqələrinin açılması prosesini, o cümlədən Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının davamlı tədarükünü alqışlayır", - Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, "3+3" formatının inkişafının aktuallığını təsdiqləyir.
O əlavə edib ki, o, gürcü həmkarlarını bu platformanın iclasında görmək istərdi.