HƏMAS nümayəndə heyəti Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə etmək üçün Bağdada səfər edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
HƏMAS nümayəndə heyəti, təşkilatın yüksək səviyyəli nümayəndələri Həmdan və əl-Nunu rəhbərliyi altında, Bağdada səfər edib və burada iraqlı rəsmi şəxslər və siyasi xadimlərlə bir sıra görüşlər keçirib. Danışıqlar zamanı tərəflər regional və beynəlxalq gündəliyi, eləcə də Qəzza zolağı ətrafındakı mövcud vəziyyəti müzakirə ediblər. Xüsusi diqqət Fələstin Dövləti yaratmaq perspektivlərinə yönəldilib.
Aysel Şirinova