Tvit.az xəbər verir ki, bu barədə xarici KİV bu barədə xarici KİV məlumat yayıb.
Qəbul edilmiş sənədə görə, 1830-1962-ci illərdə Fransanın Əlcəzairi kolonizasiyası humanitar, siyasi və iqtisadi prinsiplərə qarşı cinayət kimi qiymətləndirilir.
Qanun mülki şəxslərin qətli, nüvə sınaqları, məhkəməsiz edamlar, işgəncə və dövlət xəzinəsinin talan edilməsi kimi 27 konkret kolonial cinayət formasını əhatə edir. Qanun Əlcəzair hakimiyyətindən maddi və mənəvi zərərin tam təzminatını almaq üçün bütün məhkəmə mexanizmlərindən istifadə etməyi tələb edir.
Fransa həmçinin nüvə partlayışları ilə çirklənmiş əraziləri təmizləməyə, mina sahələrinin xəritələrini təqdim etməyə və bütün çıxarılan arxivləri və mədəni əşyaları geri qaytarmağa borcludur.
Qanuna görə, fransız kolonizasiyası cinayətlərinin müddəti məhdudlaşmır.
Aysel Şirinova