Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran İnqilab Keşikçiləri Körfəzdə xarici ekipajlı neft tankerini ələ keçirdi
dünya

İran İnqilab Keşikçiləri Körfəzdə xarici ekipajlı neft tankerini ələ keçirdi

24-12-2025 22:00 36 Baxış
IMG

İranın İnqilab Keşikçiləri Körfəzdə xarici ekipajlı neft tankerini ələ keçirib. 

Tvit.az "The Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Məlumata görə, dövlət televiziyasının Hərbi Dəniz Qüvvələrinin komandanı general Abbas Qulamşahiyə istinadla verdiyi xəbərə görə, gəmidə 16 İran vətəndaşı olmayan ekipaj üzvü olub və tanker 4 milyon litr qaçaq yanacaq daşıyıb.

Bildirilir ki, İnqilab Keşikçiləri Korpusu gəmiyə İranın ərazi sularını tərk edərkən çıxıb. Tankerin hansı bayraq altında üzməsi isə hələlik açıqlanmayıb.

İran qüvvələri Körfəzdə qanunsuz yanacaq daşındığını iddia etdikləri gəmilərin saxlanıldığını mütəmadi olaraq elan edirlər. Xüsusilə qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımaları üçün strateji əhəmiyyətə malik Hörmüz boğazında qeyri-qanuni ticarətdə iştirak etdiyini bildikləri tankerləri hədəfə alırlar.

Çərşənbə günü baş verən bu hadisə son həftələrdə qeydə alınan oxşar insidentlər silsiləsinin növbətisidir.

Aysel Şirinova