Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Minatəmizləmə zamanı zərərçəkənlər dövlət xəstəxanalarında pulsuz yardım alacaqlar
sosial

Minatəmizləmə zamanı zərərçəkənlər dövlət xəstəxanalarında pulsuz yardım alacaqlar

23-12-2025 14:00 16 Baxış
IMG

Minatəmizləmə fəaliyyəti nəticəsində zərərçəkmiş şəxslər dövlət xəstəxanalarında ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcəklər.

 

Tvit.az-ın məlumatına görə, sözügedən məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.

 

Qeyd edək ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə edilib.