Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Maduro ABŞ-a xəbərdarlıq etdi
dünya

Maduro ABŞ-a xəbərdarlıq etdi

23-12-2025 08:00 19 Baxış
IMG

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesuela neft tankerlərini ələ keçirməsinin qlobal iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.


Tvit.az-ın məlumatına görə, bu barədə Venesuela xarici işlər naziri İvan Gil dövlət televiziyası VTV-də prezident Maduronun yazdığı məktubu oxuyub.


“Venesuelanın enerji ticarətini hədəf alan blokada və piratçılıq neft və enerji təchizatına təsir edəcək, beynəlxalq bazarlarda qeyri-sabitliyi artıracaq və Latın Amerikası və Karib dənizi ölkələrinin, eləcə də dünyanın, xüsusən də ən həssas ölkələrin iqtisadiyyatına ciddi zərər vuracaq”,- deyə Maduro bildirib.


Elmin Alışov