Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Afrika ölkəsinə silah göndərdi
dünya

Rusiya Afrika ölkəsinə silah göndərdi

22-12-2025 21:00 16 Baxış
IMG

Rusiya Madaqaskarın yeni hökumətinə silah tədarük edib.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Milli Məclisinin sədri Siteni Randrianasoloniako Bloomberg-ə məlumat verib.

Onun açıqlamasına görə, dekabrın 20-də Rusiya hərbi təyyarəsi ölkəyə 40 hərbçi və 43 qutu silah çatdırıb. Tədarükə avtomat və snayper tüfəngləri, həmçinin tank əleyhinə raket sistemləri daxildir.

Qeyd edilir ki, tədarük iki ölkə arasındakı dövlətlərarası əməkdaşlıq çərçivəsində həyata keçirilib. “Nümayəndə heyəti Madaqaskara dəstək verməyə, xüsusilə kadr hazırlığı və silahlı qüvvələrimizin potensialını gücləndirmək sahəsində hazır olduqlarını açıq şəkildə bildirdi”, — deyə Randrianasoloniako vurğulayıb.

Oktyabr ayında Madaqaskar prezidenti Andri Razuelina vəzifəsindən kənarlaşdırılıb. Prezidentə qarşı irəli sürülən impiçmentdən sonra Madaqaskarda hərbçilər hakimiyyəti öz əllərinə alıblar.

 

Aysel Şirinova