Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniya kansleri istefa verməlidir - Rusiya prezidentinin nümayəndəsi
dünya

Almaniya kansleri istefa verməlidir - Rusiya prezidentinin nümayəndəsi

19-12-2025 12:00 15 Baxış
IMG

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Almaniya kansleri Fridrix Merts Rusiya aktivlərinin müsadirəsinə nail ola bilmədikdən sonra istefa verməlidirlər.

Tvit.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

“Ursula və Merts Avropa İttifaqının Rusiya ehtiyatlarını qanunsuz şəkildə müsadirə etməsinə nail ola bilmədikdən sonra, əgər verdikləri vəddə olduğu kimi "inam, birlik və qətiyyət" nümayiş etdirmək istəyirlərsə, istefa verməlidirlər”, – Dmitriyev X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, Merts və fon der Lyayen bütün siyasi kapitallarını xərcləyiblər, nəticələr vəd ediblər, lakin sarsıdıcı məğlubiyyətə uğrayıblar.

Aysel Şirinova