Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü
sosial

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18-12-2025 22:00 28 Baxış
IMG

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital”ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb.

 

Tvit.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir.

 

Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 26 583 862.06 manata çatıb.

 

Qeyd edək ki, "Caspian International Hospital” 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi və baş direktoru Abbasov Cəbrayıl Neymət oğludur.