Avropa İttifaqı Rusiyanın Aİ-də dondurulmuş aktivlərinin gələcəyi ilə bağlı razılığa gəlməli və Ukrayna üçün daha aydın perspektivləri təmin etmək üçün “texniki həll” tapmalıdır.
Tvit.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Brüsseldə Aİ sammitinə gələn zaman jurnalistlərə bildirib.
O, qeyd edib ki, əvvəl qəbul edilmiş Rusiya aktivlərinin müddətsiz dondurulması qərarı avropalılara özlərinə daha aydın perspektivlər təmin etməyə imkan verib.
"İndi isə eyni aydınlığı Ukrayna üçün də təmin etmək lazımdır ki, “bu dondurulmuş aktivlərin istifadəsi ilə onun hərbi səyləri maliyyələşdirilsin. Biz Ukrayna üçün perspektivlərin aydın olmasını təmin etməliyik. Bizim bir ortaq məqsədimiz olmalıdır,” – deyə Makron əlavə edib.
Onun sözlərinə görə, Avropa Komissiyası bir neçə variant təklif edib, bu dondurulmuş rus aktivlərinin istifadəsi ilə bağlı vacib müzakirələr aparılır.
Aysel Şirinova

