Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 34 nəfər Almaniyadan Azərbaycana geri qəbul edilib
sosial

34 nəfər Almaniyadan Azərbaycana geri qəbul edilib

18-12-2025 10:00 49 Baxış
IMG

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 34 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə "Tvit.az"a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.