Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu şəxslərin işdən çıxarılması cinayət məsuliyyəti yarada bilər
sosial

Bu şəxslərin işdən çıxarılması cinayət məsuliyyəti yarada bilər

17-12-2025 21:00 39 Baxış
IMG

Ailə vəzifəsi olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinin cinayət məsuliyyəti yaratması təklif edilib.

 

Tvit.az Bakupost.az-a istinadən xəbər verir ki, belə bir təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

 

Şöbə müdiri qeyd edib ki, Cinayət Məcəlləsinin 164-cü maddəsinə bu barədə dəyişiklik edilə bilər:

 

“Hazırkı qüvvədə olan qanuna görə, hamilə olduğuna və ya himayəsində 3 yaşına qədər övladı olan qadınlar, 3 yaşına qədərki övladını təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır. Bunu “ailə vəzifələri olan işçilər” ifadəsi ilə əvəz edə bilərik”.

 

O qeyd edib ki, Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına bir hal da əlavə edildi:

 

"Fərdi məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndiriləcək və buna yol vermək işçilərlə əmək müqaviləsinə xitam verilə biləcək. Bu çox önəmlidir. Çünki bəzən sosial işçilər, məişət zorakılığı qurbanları ilə işləyənlərin fərdi məlumatlarının mediada və digər resurslarda yayılmasının şahidi olurduq".