Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ermənistan və Ruiya arasında bir sıra sənədlər imzalandı
dünya

Ermənistan və Ruiya arasında bir sıra sənədlər imzalandı

17-12-2025 17:00 19 Baxış
IMG

Ermənistan və Rusiya hökumətlərarası komissiyanın iclasının yekununda bir sıra sənədlər imzalayıblar.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, iki ölkənin baş nazir müavinləri Mher Qriqoryan və Aleksey Overçukun sədrliyi ilə Ermənistan–Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçirilib. Tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əlaqələri müzakirə edib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı üçün addımlar müəyyənləşdiriblər.

Bundan əlavə, iki ölkə hökumətlərinin nümayəndələri energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə, elm və təhsil sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Danışıqların yekununda Qriqoryan və Overçuk hökumətlərarası komissiyanın 24-cü iclasına dair protokolu, həmçinin qurumlar səviyyəsində bir sıra ikitərəfli sənədləri imzalayıblar.