Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranlı hakerlər İsrailin sabiq nazirinin telefonunu sındırıblar
dünya

İranlı hakerlər İsrailin sabiq nazirinin telefonunu sındırıblar

17-12-2025 17:00 23 Baxış
IMG

İranın Handala adlı haker qrupu İsrailin sabiq baş naziri Naftali Bennetin mobil telefonunu ələ keçirdiyini bəyan edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 Qrup üzvləri Bennetə müraciət edərək bildiriblər:
“Bir vaxtlar kibertəhlükəsizlik sahəsində nümunə olduğunuzla, təcrübənizi bütün dünyaya nümayiş etdirməklə fəxr edirdiniz. Lakin necə də ironikdir ki, sizin iPhone 13 cihazınız Handalanın əlinə bu qədər asanlıqla keçdi. Bütün lovğalığınıza və qürurunuza baxmayaraq, rəqəmsal qaləniz sadəcə yarılmağı gözləyən kağız divar imiş.”

Keçmiş baş nazirin ofisində bu iddialara cavab olaraq bildirilib ki, məsələ müvafiq təhlükəsizlik və kibertəhlükəsizlik qurumlarının nəzarətindədir və sözügedən mobil cihaz hazırda istifadə edilmir.

Aysel Şirinova