Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp Ukraynadakı münaqişənin həlli üçün şərtlər qoymayacaq - NATO daimi nümayəndəsi
dünya

Tramp Ukraynadakı münaqişənin həlli üçün şərtlər qoymayacaq - NATO daimi nümayəndəsi

19-09-2025 18:00 32 Baxış
IMG

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün şərtlər irəli sürmək niyyətində deyil.

 Tvit.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uittaker "Fox Business" telekanalına müsahibəsində bildirib.

"Prezident Tramp hər iki tərəfi bir araya gətirə biləcəyi və həllinə vasitəçilik edə biləcəyi şərait tapmağa davam edəcək. O, şərtlər qoymayacaq, hər iki tərəf sülh sazişi imzalamalı olacaq," - diplomat bildirib.

Aysel Şirinova