Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Girdəni çay üzərindəki körpü yenidən qurulacaq
sosial

Girdəni çay üzərindəki körpü yenidən qurulacaq

19-09-2025 13:00 13 Baxış
IMG

“Mövcud Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi” çərçivəsində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, yolun 197-ci kilometrində yerləşən Girdəni çay üzərindəki körpü 20 sentyabr 2025-ci il səhər saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaqdır.

Bu barədə "Tvit.az"a AAYDA-dan məlumat verilib. 

Qeyd olunur ki, bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.

"Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayışa görə təşəkkür edirik", - agentlik qeyd edib.