Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kadırov: Hər mənada mən Putinin piyadasıyam
dünya

Kadırov: Hər mənada mən Putinin piyadasıyam

19-09-2025 09:00 10 Baxış
IMG

Çeçenistan lideri Ramzan Kadırov deyib ki, o, Rusiya prezidenti Vladimir Putinin bütün sahələrdə sadiq müttəfiqi olduğu üçün özünü tez-tez Putinin piyadası adlandırır.


Tvit.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.


"Hər mənada mən Putinin piyadasıyam. Dövlət təhlükəsizliyinin təmin edilməsi və siyasi inkişaf məsələlərində özümü piyada adlandırıram. Bütün sahələrdə onun köməkçisi, sadiq yoldaşı, alovlu döyüş piyadasıyam”,- deyə Kadırov bildirib.


Elmin Alışov