Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyədən S-400 raketləri ilə bağlı açıqlama
dünya

Türkiyədən S-400 raketləri ilə bağlı açıqlama

18-09-2025 13:00 13 Baxış
IMG

Ankara Rusiyadan alınmış S-400 zenit-raket komplekslərini (ZRK) Moskvaya qaytarmağı planlaşdırmır.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr məlumat veriblər.

“Mövqeyimiz S-400-lə bağlı dəyişməyib”, – deyə mənbələr bildiriblər. Əlavə ediblər ki, S-400-lər Türkiyə ordusunun silahlanmasındadır.

Beləliklə, Türkiyə Müdafiə Nazirliyi Ankaranın əvvəllər aldığı S-400 komplekslərini Moskvaya qaytara biləcəyi barədə yayılan xəbərləri təkzib edib.