ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinə etiraz nümayişləri başlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə "Independent" qəzeti xəbər verir.
Qeyd olunur ki, Trampın səfərinin əleyhdarları sentyabrın 17-də Londonda da genişmiqyaslı aksiya keçirməyi planlaşdırırlar.
Daha əvvəl bildirilmişdi ki, Trampın səfəri zamanı ABŞ və Böyük Britaniya mülki nüvə energetikası və texnologiyalar sahəsində əməkdaşlıq üzrə razılaşmalar elan edəcəklər.
Aysel Şirinova