Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ Gürcüstanla vizasız rejimi dayandırmaq hüququna malik deyil - Gürcüstan XİN
dünya

Aİ Gürcüstanla vizasız rejimi dayandırmaq hüququna malik deyil - Gürcüstan XİN

16-09-2025 22:00 16 Baxış
IMG

Avropa İttifaqı tərəfindən Gürcüstanla vizasız gediş-gəliş rejiminin dayandırılması üçün heç bir hüquqi əsas yoxdur.

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Gürcüstan İctimai Yayımçısının Birinci Kanalına verdiyi müsahibəsində bildirib.

“Bu gün bunun vizasız rejimin dayandırılmasının heç bir hüquqi əsası yoxdur. Gürcüstan hakimiyyəti həmişə səmimi şəkildə çalışıb və çalışır ki, Gürcüstan vətəndaşları bu imkandan faydalansınlar. Bu gün Gürcüstan əhalisinin Avropa İttifaqı və Şengen zonası ölkələri ilə vizasız gediş-gəliş imkanına malik olması tamamilə hökumətin xidmətidir”, – deyə Boçorişvili bildirib.

Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirmişdi ki, Avropa Komissiyası Gürcüstana qarşı sanksiyalar tətbiq etmək, həmçinin vizasız rejimi ləğv etmək imkanını nəzərdən keçirir.

Aysel Şirinova