Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağdamda yeni məktəb binasının açılışı olub - FOTOLAR
sosial

Ağdamda yeni məktəb binasının açılışı olub - FOTOLAR

15-09-2025 12:00 14 Baxış
IMG

15 sentyabr 2025-ci il tarixdə Ağdam rayonunun Rzalar kəndində yeni inşa edilmiş məktəb binasının açılış mərasimi baş tutub.

"Tvit.az" xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, Rzalar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirə lövhəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər.  Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və rayon təhsil sektorunun müdiri Tahir Abbasov müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, qazanılan uğurlardan, məktəb infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 180 şagird yerlik Rzalar kənd tam orta məktəbinin yeni binası Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilib. Daha sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. İkimərtəbəli yeni məktəb binası 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, texnologiya, informatika kabinələri, idman və akt zalları, kitabxana, tibb, yeməkxana və inzibati otaqlardan ibarətdir. Məktəbin həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, futbol və voleybol meydançaları yaradılıb.  Bu il məktəbdə  126 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29 nəfər müəllim məşğul olacaq.Tədbirin sonunda müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildimişlər.

  • Ağdamda yeni məktəb binasının açılışı olub - FOTOLAR