Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tehranda yaşayış binası uçdu: Ölən və yaralananlar var
dünya

Tehranda yaşayış binası uçdu: Ölən və yaralananlar var

12-09-2025 12:00 23 Baxış
IMG

Tehranın Piruzi küçəsində yerləşən köhnə ikimərtəbəli yaşayış binası tikinti işləri aparılarkən uçub.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Hadisə nəticəsində 42 yaşlı əfqan fəhlə həlak olub, daha 2 fəhlə isə yaralanıb.


Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri yanğınsöndürənlərin 12 saatdan çox səyi nəticəsində başa çatıb. 


Elmin Alışov