Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çexiya XİN Rusiyanın səfirini çağırıb
dünya

Çexiya XİN Rusiyanın səfirini çağırıb

11-09-2025 20:00 14 Baxış
IMG

Çexiyanın Xarici İşlər naziri Yan Lipavski Polşadakı PUA insidenti ilə əlaqədar olaraq Rusiyanın Çexiya Respublikasındakı səfiri Aleksandr Zmeyevskini çağırıb.

Tvit.az xəbər verir ki, bu barədə "Novinky" xəbər portalı məlumat verib.

“Mən Rusiyanın səfirini çağırmaq qərarına gəldim”, – XİN rəhbəri deyib.

Məlumata görə, səfir saat 16:30-dan  sonra XİN-in binasına gəlib. Təxminən 15 dəqiqə sonra isə Çexiyanın xarici işlər nazirliyini tərk edib.

Rusiya səfirliyi səfirin Çexiya XİN-dəki görüşü barədə şərh vermir.

Aysel Şirinova