İsrail rəhbərliyi Dohaya zərbələri təsdiqləməklə Qəzza zolağındakı girovların azad olunmasına dair bütün ümidləri sıfıra endirib.
Tvit.az xəbər verir ki, bunu CNN-ə Qətər baş naziri Mühəmməd bin Əbdürrəhman Al Tani bildirib.
“Ola bilsin ki, dünən Netanyahu girovların azad olunacağına dair hər cür ümidi sadəcə öldürdü”, – deyə o hesab edir.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Dohada HƏMAS liderlərinə zərbələr endirilməsindən sonra ilk dəfə açıq şəkildə Qətəri xatırladaraq, əmirlik hakimiyyətini “terrorçuları gizlətməkdə” ittiham edib.