Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı metrosunun texniki təmiri rus şirkətinə həvalə edildi
sosial

Bakı metrosunun texniki təmiri rus şirkətinə həvalə edildi

10-09-2025 18:00 37 Baxış
IMG

Bakı Metropoliteni QSC-yə məxsus müxtəlif seriyalı metro vaqonlarının təmiri ilə bağlı növbəti işlərə start verilib.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bu məqsədlə 1 milyon 528 min 597 manat vəsait ayrılıb.

 

Texniki yenilənmələr çərçivəsində “ПЭК СВМ 01” və “ПЭК КВМ 01” tipli, həmçinin 81-760.Б/761.Б/763.Б və 81-765.Б/766.Б seriyalı metro vaqonlarının kondisioner sistemlərinin təmirində istifadə olunan dəyişdiricilərin, eləcə də 81-717/714 seriyalı vaqonlar üçün nəzərdə tutulan şpinton tipli arabacıq çərçivələrinin alınması nəzərdə tutulur.

 

Sözügedən işləri Rusiya mənşəli “СпецМетроПоставка” şirkəti həyata keçirəcək.

 

Təmir prosesinə birbaşa nəzarət isə “Bakı Metropoliteni” QSC tərəfindən aparılacaq.

 

Qeyd edək ki, bu satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.