Rusiya "Telegram" və "Amazon"-u qadağan olunmuş məlumatı silmədiklərinə görə cərimələyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, hər biri 3,5 milyon rubl məbləğində cərimələnib.
"Telegram silinməyən məlumatlara görə – yalan məlumat, LGBT təbliğatına dair elanlar, alkoqolun məsafədən satışı, azyaşlıların həyat və sağlamlıq üçün təhlükəli qanunsuz hərəkətlərə cəlb olunması – cərimələnib. Telegram-a tətbiq olunmuş ümumi cərimə məbləği 109 milyon rubla çatıb”, – məlumatda bildirilib.
Amazon isə ekstremist materialları silmədiyinə görə cərimələnib. Qurumun məlumatına görə, Amazon-a təyin olunmuş ümumi cərimə məbləği 9,5 milyon rubl təşkil edir.
Aysel Şirinova