Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya HƏMAS liderlərinə hücum Qəzza müharibəsinə son qoya bilər - Netanyahu
dünya

HƏMAS liderlərinə hücum Qəzza müharibəsinə son qoya bilər - Netanyahu

09-09-2025 21:00 43 Baxış
IMG

HƏMAS liderlərinə endirilən zərbə Qəzzada müharibənin başa çatmasına yol aça bilər.

Tvit.az xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu danışıb.

“Və bu addım müharibənin başa çatmasına – Qəzzadakı müharibənin başa çatmasına yol aça bilər. İsrail prezident ABŞ prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı təklifini qəbul edib, bu da Qəzzanın zirzəmilərində 700 gündür saxlanılan bütün girovlarımızın dərhal azad olunmasından başlanır”, – deyə o, ABŞ səfirliyində keçirilən tədbirdə çıxış edərkən bildirib. 

Netanyahu Qəzza sakinlərini HƏMAS-ın hakimiyyətindən qurtulmağa və İsrailin dəstəklədiyi sülh planına razılıq verməyə çağırıb.

“Bu qatilərin sizi yolunuzdan döndərməsinə imkan verməyin, hüquqlarınızı və gələcəyinizi müdafiə edin, bizimlə sülh bağlayın, prezident Trampın sülh təklifini qəbul edin. Narahat olmayın, siz bunu edə bilərsiniz və biz sizə başqa bir gələcək vəd edə bilərik, amma siz bu insanlardan qurtulmalısınız”, – deyə o əlavə edib.

Aysel Şirinova