Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bəzi rayonlara leysan yağıb
sosial

Bəzi rayonlara leysan yağıb

06-09-2025 12:00 39 Baxış
IMG

Saat 12:00-a olan məlumata əsasən, ölkənin bir sıra ərazilərində yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Daşkəsəndə 10, Gədəbəydə 6, Göygöldə 5, Tərtərdə 3, Bərdə və Yevlaxda 2, Kəlbəcər, Laçın, Qubadlı, Qusar, Quba, Xaltan, Şabran, Gəncə, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Oğuz, Qax, Naftalan, Göyçay, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.