Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Belçika buna görə Ukraynaya yardımı dayandıracaq
dünya

Belçika buna görə Ukraynaya yardımı dayandıracaq

05-09-2025 23:00 31 Baxış
IMG

Belçika dondurulmuş Rusiya aktivlərindən gələn gəlirləri Ukraynaya yardım üçün köçürməyəcək.

Tvit.az "Euronews"-a istinadla xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.

Onun fikrincə, Belçika banklarından Rusiya aktivlərinin müsadirə edilməsi Belçikanın maliyyə xidmətləri mərkəzi kimi reputasiyasına xələl gətirəcək. Prevost belə bir qərarın digər ölkələr üçün çox pis siqnal olacağını vurğulayıb.

 "Onlardan bəzilərinin Brüsseldə və ya Avropanın başqa yerlərində də aktivləri, suveren aktivləri var", - deyə o, bildirib.

Aysel Şirinova