Rusiyanın İrkutsk ərazisindən Vyetnamın Kamran şəhərinə uçan təyyarənin hərəkəti quş toqquşması səbəbilə yarımçıq qalıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Asiyaya istiqamətlənən Azur Air aviaşirkətinə məxsus təyyarə quşla toqquşmaya görə yenidən uçuş etdiyi hava limanına qayıdıb.
Təyyarənin Rusiyaya aid olduğu vurğulanıb.
Aysel Şirinova