Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Macarıstan XİN avropalı siyasətçiləri günahlandırdı
dünya

Macarıstan XİN avropalı siyasətçiləri günahlandırdı

27-08-2025 23:00 34 Baxış
IMG

Avropa siyasətçiləri Ukraynada sülhün bərqərar olmasında ən az maraqlıdırlar, məsuliyyətdən yayınmaq üçün münaqişəni uzatmağa çalışırlar.

Tvit.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto Mandiner jurnalının oxucuları ilə görüşündə atəşkəsin əsas əleyhdarlarının adlarını açıqlayıb.

"Bu gün Ukraynada sülhün bərqərar olmasına ən ciddi maneə avropalı siyasətçilərdir. Onlar sülhdə maraqlı deyillər və demək olar ki, hər gün odun üstünə yağ tökürlər".

Onun sözlərinə görə, Avropa elitaları “son üç il yarımda apardıqları səhv siyasətə” görə məsuliyyətdən yayınmaq istəyirlər. O vurğulayıb ki, münaqişə başa çatarsa, "onlar cavab verməli olacaqlar", buna görə də döyüşləri uzatmağa çalışırlar.

Aysel Şirinova