Ukraynada vətəndaşların Rusiyaya qaçmasına görə üç ilədək həbs cəzası nəzərdə tutulur.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko məlumat verib.
“Ali Radada belə bir qaçışa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. Əgər söhbət aqressor dövlətdən və ya onun müttəfiqlərindən gedirsə, belə bir qaçışa görə cinayət işi açılacaq və, səhv etmirəmsə, üç ilədək həbs cəzası nəzərdə tutulur”, – deyə o bildirib.
Qərb sərhədinin ilk qanunsuz keçilməsi isə cərimə ilə cəzalandırılacaq. Növbəti cəhdlərə görə ukraynalılar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Aysel Şirinova