Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Qazprom” Rusiya istehlakçılarına qaz tədarükü üzrə rekorda imza atıb
dünya

"Qazprom” Rusiya istehlakçılarına qaz tədarükü üzrə rekorda imza atıb

26-08-2025 20:00 27 Baxış
IMG

"Qazprom” Rusiyanın Vahid Qaz Təchizatı Sistemindən gündəlik yay qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, rekord avqustun 25-də qeydə alınıb və 707,9 milyon kubmetr qaz təşkil edib. Əvvəlki maksimuma - 701,8 milyon kubmetr qaza 2024-cü il avqustun 23-də nail olunub.

"Qaz istehlakının artması bu həftənin əvvəlində Şimal-Qərb və Mərkəzi Federal Dairələrdə başlayan soyuq hava ilə əlaqədardır", - "Qazprom" izah edib.

Aysel Şirinova