Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Lukaşenkodan Trampın Nobel Sülh mükafatı istəyinə reaksia
dünya

Lukaşenkodan Trampın Nobel Sülh mükafatı istəyinə reaksia

22-08-2025 15:00 34 Baxış
IMG

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın Nobel Sülh Mükafatını almaq şanslarını yüksək qiymətləndirib.
Tvit.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“İnsan Nobel mükafatı almaq istəyir, əgər belədirsə – buyursun, alsın! Bunun bizə nə ziyanı var? Əgər dəstək vermək lazımdırsa,  deməli, yəqin ki, o buna layiqdir”, – Lukaşenkonun deyib.

O, Trampa bu mükafatın veriləcəyinə əminliyini ifadə edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Avropa Amerikanın prezidentinin Nobel Sülh Mükafatını almaq istəyindən istifadə edərək, Ukrayna münaqişəsinin həlli məsələsində ona təzyiq göstərə bilər.

Aysel Şirinova