Rusiya tərəfindən buraxılan "HESA Şahid” dronu Polşanın şərqində qəzaya uğrayıb.
Tvit.az xarici KİV-lərə istinadən xəbər verir ki, Polşanın şərqində, Ukrayna sərhədindən təxminən 100 km, Belarus sərhədindən isə 90 km məsafədə yerləşən Osiny kəndi yaxınlığında Rusiya istehsalı olan dron düşərək partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Polşa hakimiyyəti dronun Rusiya istehsalı olduğunu təsdiqləyib.
Polşanın müdafiə naziri Kosinyak-Kamış bu hadisəni Rusiyanın “birbaşa təxribatı” kimi qiymətləndirib və belə addımların NATO ölkələrinin təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb. O həmçinin qeyd edib ki, hadisə beynəlxalq arenada münaqişənin sülh yolu ilə həlli üçün ümidlərin yarandığı kritik bir məqamda baş verib.
Aysel Şirinova