Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hibrid avtomobilləri: Qənaətcil, yoxsa?…
sosial

Hibrid avtomobilləri: Qənaətcil, yoxsa?…

20-08-2025 21:00 49 Baxış
IMG

Müasir avtomobil sənayesində enerji səmərəliliyi və ekoloji təmizlik ön plana çıxdıqca, hibrid avtomobillərə maraq da sürətlə artır. Bu nəqliyyat vasitələrinin ən mühüm hissəsi isə onların batareyalarıdır. Lakin bu batareyaların qiymətinin yüksək olması sürücülərin diqqətini çəkən əsas məsələlərdən biridir.

 

Mövzu ilə əlaqədar Tvit.az-a avtobloqer Bəhruz Güləli bildirib ki, hibrid avtomobilləri istehsalçıya baha başa gələn bir nəqliyyat vasitəsidir. Bu avtomobilləri müntəzəm olaraq istifadə etmək lazımdır. 

“Əgər avtomobil uzun müddət çalışmasa müəyyən pozuntulara gətirib çıxara bilər. Əsasən hibrid avtomobillərini bacardığımız qədər isti qızmar günəş altında park etməkdən çəkinmək lazımdır. Batareyaların təmizlənmə ventilyatoru olur və həmin ventilyatorlar toz və kir yığıbsa onları təmizləmək lazımdır. Avtomobili sport və ağır rejimdə idarə etmək batareyaların ömrünü azalda bilər. Sırf hibrid sistemində çalışan maşınlara bu cür xidmət göstərmək lazımdır”. 

 

O qeyd edib ki, keyfiyyətli yağ və yananacaqdan istifadə etmək olduqca vacibdir. 

 

“Batareya istehsalında bahalı metallardan istifadə olunur, buna görə də bu ucuz başa gəlmir. Məsələn kobalt, nikel, lituim bahalı metallardır və məhsulun dəyəri buna görə yüksək olur. Batareyalar çoxsaylı hüceyrələrdən ibarətdir və gərginlik altında çalışır. Bu səbəblərdən dolayı bunun mailiyyəti dəyərli olur. Batareyalar məhdud sayda istehsal olunduğu üçün çox mürəkkəb elektronikaya sahib olduğuna görə bahadır”.

 

Ümumi onu qeyd etmək olar ki, avtomobilin ömrünü uzatmaq üçün vaxtı vaxtında lazımı olan texniki qulluq göstərilməlidir. 

Elmin Alışov