Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Youtube"-nin fəaliyyətində problem yaranıb
dünya

"Youtube"-nin fəaliyyətində problem yaranıb

18-08-2025 22:00 41 Baxış
IMG

Avropa bir sıra ölkələrində YouTube video-hostinq xidmətində genişmiqyaslı nasazlıq qeydə alınıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumat Downdetector saytının məlumatlarında göstərilib.

Ən çox şikayət Almaniyada müşahidə olunub. Orada təxminən 19,5 min nəfər video-hostinqdə fasilələr olduğunu bildiriblər. İstifadəçilərin 87%-i videoları izləməkdə problemlər, 8%-i serverə qoşulmaqda çətinliklər, 3%-i isə tətbiqin işləməməsi barədə məlumat verib.

Problem həmçinin Böyük Britaniya, İtaliya və Fransada da müşahidə olunub.

Aysel Şirinova