Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes Azər ölüm xəbərlərinə belə reaksiya verdi - Video
şou-biznes

Azər ölüm xəbərlərinə belə reaksiya verdi - Video

13-08-2025 12:00 18 Просмотров
IMG

Ötən gün sosial şəbəkələrdə aktyor Azər Axşamın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

“Tvit.az” xəbər verir ki, aktyor yayılan dezinformasiya ilə bağlı sosial şəbəkə üzərindən açıqlama yayıb.

O bildirib ki, sağ-salamatdır: “Hər şey yaxşıdır, şükürlər olsun. Zəng edən, narahat olan dostlara dərin təşəkkürümü bildirirəm. Ölüm haqdır, Allahın əlində olan bir şeydir. Bu xəbəri yayanlara da mən nə deyə bilərəm?! Adam məlumatı dəqiqləşdirər, yerini öyrənər, sonra verər. Allah bizi savadsız düşüncəyə sahib olan, dünyagörüşü olmayan insanlardan qorusun. Çox təəssüf ki, belədir, nə etmək olar?! Həyat davam edir, göydəki nöqtəni qoyana qədər”.