Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Ronaldo "Qızıl top"u uydurma adlandırdı
СПОРТ

Ronaldo "Qızıl top"u uydurma adlandırdı

08-08-2025 22:00 18 Просмотров
IMG

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən, beşqat "Qızıl top" sahibi portuqaliyalı hücumçu Kriştianu Ronaldu mükafatı uydurma adlandırıb.

 

Tvit.az xəbər verir ki, Ronaldunun şərhini "Al Nassr Zone" paylaşıb.

 

"Bu il "Qızıl top"? Mənim üçün bu uydurmadır", - futbolçu bildirib.

 

 

Qeyd edək ki, ötən gün Fransanın "France Football" jurnalı "Qızıl top"a namizədlərin adını açıqlayıb. Mükafat 2024/25 mövsümünün ən yaxşı futbolçusuna veriləcək.

 

Ronaldu artıq ikinci ildir ki, namizədlər arasında olmayıb. Portuqaliyalı 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə bu mükafata layiq görülüb.