"Omoniya" klubunun nigeriyalı qolkiperi Fransis Uzqoho viza ala bilmədiyi üçün Azərbaycana gələ bilməyib.
Tvit.az xəbər verir ki, bunu Kipr təmsilçisi "Omoniya"nın baş məşqçisi Harninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"la keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Futbolçularımızdan Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Amma bu gün gecə gəlmə ehtimalı var".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.